"ABŞ digər müttəfiqləri və tərəfdaşları ilə Panama kanalını Çinin nüfuz dairəsindən çıxarmaq üçün birgə çalışacaq"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Pete Hegseth Panamada adıçəkilən ölkənin prezident Xose Raul Mulino ilə birgə mətbuat konfransında deyib.
Pentaqon rəhbəri aydın şəkildə deyib k, ABŞ bunun üçün nə lazımdırsa, edəcək: "Mən çox açıq və dəqiq formada deyirəm: Çin bu kanalı inşa etməyib. Çin bu kanalı işlədə, silahlandıra bilməz!"
O daha sonra ölkəsinin bu istiqamətdə Panama ilə müzakirə içində olduğunu qeyd edib.
Xatırladaq ki, Donald Tramp bir neçə dəfə Panama kanalına sahib çıxacaqlarını bəyan edib: "Milli təhlükəsizliyimizi daha da gücləndirmək üçün mənim administrasiyam Panama kanalını geri alacaq".
Onu da qeyd edək ki, hər il təxminən 270 milyard dollar dəyərində olan ABŞ-ın konteyner daşımalarının 40 faizindən çoxu Panama kanalından keçir.
Zülfiyyə Mustafayeva
MİA.AZ