ABŞ 34 faizlik tarif qərarına əks həmlə ilə cavab verən Çinlə bağlı dünyanı silkələyən daha bir qərarını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə AĞ EV məlumat yayıb.

Bildirilib ki, Trampın Çinə verdiyi vaxt bitib və Pekin ABŞ məhsullarına tətbiq etdiyi 34 faizlik tarifini geri çəkməyib: "Bu səbəbdən sabahdan Çin məhsullarlna 104 faizlk gömrük tarifi tətbiqinə qərar verildi".

Yayılan iddiaya görə, rəsmi Pekin ABŞ-ın bu qərarına da oxşar cavab verəcək.

Bu iki nəhəng ölkə arasındakı ticarət müharibəsi isə dünya iqtisadiyyatın alt-üst edəəcyi xofu yaradıb.

Xatırladaq ki, iki ölkə arasında 2024-cü il üzrə ticarət göstəricilərinə görə Çin ABŞ-a dahha çox məhsul satır. Belə ki, Çin ötən il Amerikaya 463 milyard dollarlıq, ABŞ isə Çinə 143 milyard dollarıq məhsulu satıb.

Zülfiyyə Mustafayeva
MİA.AZ