Xankəndidə “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumu öz işinə başlayıb.
Mia.az xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilən tədbirdə 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Forum iştirakçıları arasında ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da yer alır.