Dünən ABŞ-da prezidenti Donald Trampla bir araya gələn İsrailin baş naziri Binyamin Netanyahu Türkiyə və Suriya ilə bağlı mühüm açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Oval Ofisdə çıxış edən Netanyahu Suriyada Türkiyə daxil, heç bir ölkənin hərbi baza yaratmasına imkan verməyəcəklərini bəyan edib.

Netanyahu daha sonra Trampdan Türkiyə ilə bağlı dəsətk istəyib: "Biz Suriyanın bizə qarşı hücum üçün baza kimi istifadə edilməsini istəmirik. Türkiyə burada bölgədəki ən böyük hərbi bazasını qurmaq istəyir. Biz Suriyada Türkiyə ilə münaqişə istəmirik. Cənab Trampın Ərdoğanla çox yaxşı münasibəti var və bizə kömək etməsini istəyirik"

Netanyahu etiraf edib ki, Trampa Türkiyə ilə bu münaqişədən necə qaça biləcəkləri haqda müzakirə aparıblar: "Düşünürəm ki, ABŞ prezidentindən daha yaxşı orta yol axtaran yoxdur".

Tramp isə Ərdoğanla çox yaxşı münasibətdə olduğunu deyib və İsraillə Türkiyə arasındakı gərginliyə "əl atacağı"nı gizlətməyib.

Lamiyə Əhmədli
MİA.AZ