İsrail döyüş təyyarələri ötən gün Qəzzann Xan Yunis şəhərində Nasser xəstəxanası yaxınlığında jurnalistlərin olduğu çadırı bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə fələstinli jurnalist Hilmi əl-Fəqavi həyatını itirib.

Məlumatda deyilir ki, 9-u jurnalist olmaqla, 10 nəfər isə ağır yaralanıb: "Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 210-a yüksəlib".

Tahir Şəlvəli
MİA.AZ