Ermənistan Avropa İttifaqına (Aİ) daxil olma haqqında qanunu təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Fərmana əsasən, martın 26-da Ermənistan parlamentinin səs çoxluğu ilə qəbul etdiyi “Ermənistanın Aİ-yə üzvlüyünün başlanması haqqında qanun layihəsi” təsdiqlənib.
Baş nazir Nikol Paşinyan isə bəyan edib ki, qəbul edilən qanun Ermənistanın Aİ-yə üzvlük prosesinin avtomatik başlanması demək deyil: "Bu məsələnin referendum keçirilməsini tələb edir".
Samir Musayev
MİA.AZ