ABŞ prezidenti Donald Tramp pullu şəxslərə mesaj ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ-ın qapılarının zəngin adamlara açıq olduğunu təkrarlayıb.

O, ölkəyə gələn investorlara xitabən bildirib ki, ölkəsinə pul yatıran investorlar ABŞ-da rahatlıq tapacaqlar: "Yeni tarif siyasətimizdən sonra ölkəmizə zəngin insanlarının axınını gözləyirəm. Siyasətim heç vaxt dəyişməyəcək. Zəngin olmaq -  hər zamankindən daha zəngin olmaq üçün əla vaxtdır. Tarif siyasətimiz ölkədə investisiya və istehsalı artıracaq. Əminəmki, bundan sonra ölkəmizə trilyonlarla dollar sərmayə axacaq. ABŞ çox zənginləşəcək"

Zülfiyyə Mustafayeva

MİA.AZ