Donald Tramp administrasiyası “antisemitizmlə mübarizədə yer almayan" əsası ilə daha bir universitetun pulunu kəsməyə hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son aylar fələstinl tələbələrin İsrailə qarşı tez-tez aksiya təşki etməsi səbəbindən Tramp Braun Universitetinə ayrılan 510 milyon dollarlıq maliyyəni dayandırmağı planı gizlətməyib.
Ağ Evdən bildirilib ki, bu məsələ hazırda Trampın masasının üzərindədir: "Universitetə federal anlaşma gərəyi ayrılmış 510 milyon dollarlıq vəsait və əlavə qrant dəstəyi dayandırılması an məsələsidir".
Xəbərdə o da deyilir ki, universitet rəhbərliyi bu təhlükə barədə işçiləri məlumatlandırıb.
Xatırladaq ki, bu universiteti ABŞ Təhsil Departamenti tərəfindən "anti-semit təqib və ayrı-seçkiliklə bağlı" iddia edilən pozuntulara görə "qara siyahı"ya alınmış 50-dən çox təhsil müəssisəsindən biridir.
Onu da qeyd edək ki, Tramp artıq bu "əsas"la Kolumbiya Universitetinə ayrılan vəsaitin bir hissəsini "əngəlləyib"
Zülfiyyə Mustafayeva
MİA.AZ