İngiltərədəki Blenheim sarayında unikal hadisə baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sarayda nümayiş edilən qızıl tualet oğurlanıb.

Məlumata görə, unitazın bazar dəyəri 4,8 milyon funt sterlinq civarındadır: "Göz qamaşdıran açılış mərasimindən bir neçə saat sonra Oksforddakı tarixi binada rəsm sərgisindən tualet oğurlanıb".

İlkin araşdırma nəticəsində oğurluğu planlayan Maykl Cons və unitazı oğurlayan Fred Doe saxlanılıb.

Ləman
MİA.AZ