Azərbaycan Ordusunun mövqeləri martın 17-də yenidən atəşə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd edək ki, ötən gün də müxtəlif vaxtlarda Azərbaycan Ordusunun mövqeləri 3 dəfə atəşə tutulmuşdu.