Rubio: "Husilər çökənə qədər onları vuracağıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio "CBS News"a müsahibəsindəd eyib.

Dövlət katibinin sözlərinə görə, ABŞ Yəməndə husilərə qarşı hücumlar etməklə, əslində, bütün dünyaya və onun ticarət xəttinə müstəsna  yaxşılıq edirlər: "Husilərin son 18 ayda ABŞ Hərbi Dəniz Qüvvələrinə 174, ticarət gəmilərinə isə 145 dəfə hücum edib. Onlar dünya ticarətində mühüm yer tutan Qırmızı dənizdə gediş-gəlişi iflic eidb. Biz buna icazə verə bilmərik. Biz onları çökənə qədər, yəni, husilərin artıq gəmilərə problem yarada bilməyəcəyi ana qədər vuracağıq. Bilirsiniz, bu, əslində Co Bayden administrasiyasının boşluğu olub. Biz isə bu problemi aradan qaldırmaqla bütün dünyaya, onun ticarət dövriyəsinə, qlobal gəmiçilik fəaliyyətinə əvəzsiz yaxşılıq edirik".

Dövət katibi daha sonra Çin, Kanada və Meksikaya tətbiq olunan tarifdlərdən danışıb və əlavə edib ki, Çin və Kanada “mini ticarət müharibəsi” ilə məşğuldur.

Firudin Səfərli

MİA.AZ