"Əgər Kurskda olan Ukrayna əsgərləri ölmək istəmirsə, təslim olmalıdırlar".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, bunun üçün Ukrayna rəhbərliyi onlarıa səslənməli və təslim olmağa çağırmalıdır: "Əgər təslim olarlarsa, onlar bağışlanacaq"
Xatırladaq ki, Putin bundan əvvəl Kurskidəki Ukrayna əsgərlərinin iki yolu olduğunu demişdi: "Onlar ya təslim olub terrorçu kimi mühakimə, ya da yox olacaqlar".
Onu da qeyd edək ki, Tramp bu gün Putindən Kurskdəki ukraynal hərbçilərin bağışlanmasını xahiş etdiyini açıqlamayıb.
Samir Musayev
MİA.AZ