"Rusiya prezidenti Vladimir Putin müharibəni davam etdirmək istəyir. O, buna məcburdur. Putin bu müharibəni dayandıra bilməz. Çünki o halda manevr üçün əlində heç nə qalmayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu iddialı bəyanatı Ukrayna prezidenti Vladimor Zelenski verib.
Zelenski ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 30 günlük atəşkəs təklifinə Rusiyanın müxtəlif bəhanələrlə "yox" deməsini gözlədiyini qeyd edib: "Ukrayna Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda ABŞ-ın təqdim etdiyi “30 günlük qeyd-şərtsiz atəşkəs” təklifini qəbul etsə də, gözlənildiyi kimi, Rusiya buna razı olmadı. Buradan görünür ki, biz müharibənin sona çatması istəyirik, onlar yox. Putin atəşkəs üçün şərtlər irəli sürür. Çünki əslində, o, atəşkəs istəmir. Onun müharibəyə ehtiyacı var. Bu, hər zaman aydın olub və indi də aydındır. Onun üçün də ABŞ Rusiyaya təzyiq göstərməlilidir. Yoxsa Putin özü müharibəni bitirməyəcək, amma Amerikanın gücü onu buna məcbur etməyə kifayətdir”.
Zelenski bir daha iddia edib ki, Putinin irəli sürdüyü hər bir şərt sülhün, dialoqun qarşısını almaq cəhdidir: "Putin daha əvvəl Minsk danışıqları prosesini də belə qəsdən uzadırdı. Ona görə, biz indi atəşkəsi təmin etmək üçün ABŞ-la sürətli işləməyə hazırıq. Biz müharibə oyunları oynamaq istəmirik. Müharibənin hər günü xalqımız üçün can itkisidir və b canlar bizim ən qiymətli şeyimizdir".
Lamiyə Əhmədli
MİA.AZ