İsveç hökuməti məktəblərdə smartfonları qadağan edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçin təhsil naziri Lotta Edholm mətbuat konfransında məlumat verib.
O, bu qərarı elmi araşdırma əsasında verdiklərini söyləyib: "Elmi araşdırmalara görə, şagirdlərin dərsdə cib telefonu olmadan özlərini daha yaxşı hiss edəcəklərini və smartfonların şagirdlərin diqqətini yayındırdığı və bunun da imtahan nəticələrinə mənfi təsir etdiyi təsdiqlənib. Bu səbəbdən qərar qəbul olunub".
Nazir şagirdlər məktəbə girərkən telefonlarını girişdəki saxlanc yerinə buraxmalı olacaqlar: "Qadağan 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək"
Lamiyə Əhmədli
MİA.AZ