Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.
Mia.az xəbər verir ki, köçürülən 24 ailədən ibarət 98 nəfər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatıb.