Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın filial müdirinin müştərini döydüyünə dair məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır: "Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
***
“Yelo Bank”ın Elmlər Filialında müdir müştərini döyüb.
Mia.az xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.
Vəkil qeyd edib ki, filial müdiri VüqarXəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.
Aqil Layıc həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına sual ünvanlayaraq soruşub: “Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”(musavat.com).
Xatırladaq ki, bu bank Vahid Ələkbərovundur.