Nzirlər Kabinetinin rəhbəri bu gün Milli Məclisdə hesabat verir.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov hesabatı təqdim edir.
Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir: "Hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır".
Məlumata görə, parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə ediləcək.
***
Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi bəlli olub.
Mia.az xəbər verir ki, həmin iclasda Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında Milli Məclis üzvlərinə hesabat verəcək.