2025-ci il martın 10-da Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının ilk iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının, habelə birinci və apellyasiya instansiyası məhkəmələrinin aparatlarına dövlət qulluğunun müvafiq vəzifələrinə qəbulla bağlı müsahibələrin nəticələri üzrə verilən şikayətlərə namizədlərin və müsahibə komissiyasının üzvlərinin iştirakı ilə baxılaraq müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin cari məsələlər, qarşıda duran vəzifələr müzakirə edilib.