Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yollanıb.

Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, rəsmi səfər çərçivəsində 11 mart tarixində nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.