Antarktidada buzluqların əriməsi dünyaya daha bir böyük fəlakət vəd edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, çinli tədqiqatçılar buzların əridiyi ərazilərdə geniş  tədqiqat aparıblar.

Məlumata görə, araşdırma nəticəsi olaraq 6 yeni cinsdən 7 yeni bakteriya növü aşkar olunub.

Çinin Qütb Araşdırmaları İnstitutunun (PRIC) tədqiqatçıları bu barədə ölkənin rəsmi "Sinxua" Agentliyinə bildiriblər ki, indiyədək qütb mikroorqanizmlərinin 3500-dən çox variantı "paketlənərək" 185 cinsdən 30 000-ə yaxın nümunə toplayıblar: "Biz bu zaman toplanan nümunələri araşdıraraq Antarktidada 6 yeni cinsdən daha 7 yeni bakteriya növü kəşf etik. Bu mikroorqanizmlər bioloji genetika və növ müxtəlifliyi araşdırmaları üçün mühüm əhəmiyyətə malikdir..."

Lamiyə Əhmədli
MİA.AZ