Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.
Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib.
***
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
***
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.