Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya səfər edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kommunikasiya üzrə direktor Fahrettin Altunun məlumat verib.

O bildirib ki, Türkiyə Prezident Kompleksində keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar, eləcə də regional və qlobal hadisələrlə bağlı fiki mübadiləsi aparılacaq: "Səfər zamanı  25 sentyabr 2023-cü ildə təməli Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək".

Firiudin Səfərli
MİA.AZ