İsmayıllı rayonunda daha bir zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, dünən də İsmayıllıda zəlzələ olub.