Nərimanov Rayon İcra Hakimiyyətindən Mia.az-a aşağıda yayımlanan yazıl ilə bağlı cavab göndərilib.

Mia.az həmin cavabı oduğu kmi təqdim edir: "Bildiririk ki, sözügedən qeyri-yaşayış sahəsinin qarşısında yüngül konstruksiyadan istifadə etməklə həyata keçirilmiş quraşdırma işləri əlaqədar qurumların əməkdaşları tərəfindən birgə görülmüş tədbirlər nəticəsində dayandırılmış, konstruksiyalar qismən demontaj edilmiş (sökülmüş), mövcud qanunvericiliyin tələblərinə uyğun sənədləşdirmə aparılmadığı üçün ərazinin tamamilə boşaldılması barədə obyekt sahibinə xəbərdarlıq edilmiş, ünvan nəzarətə götürülmüşdür".

Mövzunu diqqətdə saxlayacağıq.

***

Bakının Nərimanov rayonunda yerləşən "Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.