Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Mia.az “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.