"Stomatoloji kabinetlərlə bağlı müraciət daxil olsa, yoxlamalar aparılacaq".
Mia.az xəbər verir ki, bu sözləri jurnalistlərə Səhiyyə naziri Teymur Musayev deyib.
O bildirb ki, nazirlk səlahiyyəti daxilində qanunsuzluqlara qarşı mübarizə aparır: "Ancaq üzr istəyirəm, kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna neyləsin?!".
Nazir daha sonra deyib ki, bu kimi məsələlərlə bağlı müraciətlər daxil olub və araşdırılır: "Əgər stomatoloji fəaliyyət göstərmək üçün müvafiq sənədləri yoxdursa, həmin müəssisələr cərimələnir. Analitik Ekspertiza Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi həmin mərkəzlə birlikdə məsələni diqqətdə saxlayır".
MİA.AZ