Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.