Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, zəhərlənmə şübhəsilə 5-i qadın, 1-i kişi olmaqla Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına daxil olan şəxslərə zəruri tibbi yardım göstərilərək, müalicə üçün evə buraxılıblar.