Türkiyə ordusu İraqda şəhid verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Pəncə-Kilit əməliyyatı bölgəsində PKK/BTO üzvləri ilə atışmada əsgər Mustafa Uslu şəhid olub:

"Əziz şəhidimizə Allahdan rəhmət diləyir, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik".

Firudin Səfərli

MİA.AZ