İstanbulda yağan güclü qar səbəbindən sabah da məktəblərdə dərs olmayacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul valiliyi açıqlama yayıb.
Bildirilib ki, güclü qar və yolların buz bağlama ehtimalına qarşı belə qərar verilib.
Xatırladaq ki, bu gün də məktəblərdə tədris dayandırılmışdı. Bununla yanaşı, hava limanları bir çox uçuşları ləğv etmişdi.
Məlumatda o da deyilir ki, güclü qar yağışı hələ 3 gün davam edəcək.
Lamiyə Əhmədli
MİA.AZ