Bu gün - fevralın 21-də Nurlan Qəhrəmanlı (Libre) barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Mia.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar qəbul olunub.
***
Fevralın 20-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.
MİA.AZ xəbər verir ki, yayılan iddialara görə, o, Meydan TV-nin əməkdaşlarına açılan cinayət işi ilə bağlı tutulub.
DİN-in Mətbuat Xidmətindən saxlanma xəbəri təsdiqlənib.