Rusiyanın texnologiya şirkəti "Yandex"in gəliri rekord həddə çatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şirkətin gəliri 2024-cü il üzrə əvvəlki illə müqayisədə 37 faiz artaraq, ilk dəfə olaraq 1 trilyon rublu (təxminən 11,2 milyard dollar) keçib.
Məlumatda deyiulir ki, bu artəın 2025-də davam edəcək: "2025-ci ildə isə gəlirin 30 faizdən çox artacağı proqnozlaşdıırlır"
Xatırladaq ki, Yandex-in əsas qurucu şirkəti olan və Hollandiyada yerləşən "Yandex NV" keçən il Rusiyadakı aktivlərini rus investorlarından ibarət konsorsiuma 475 milyard rubla (təxminən 5,2 milyard dollar) satıb.
Onu da qeyd edək ki, "Yandex"lə rəqabətdə olan Google Ukraynadakı müharibə səbəbindən Rusiyada onlayn reklam xidmətlərini dayandırıb.
Firudin Səfərli
MİA.AZ