İstanbulda yağan güclü qar və buzlanma səbəbindən bu gün bütün təhsil müəssisələrində dərslərə ara verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla yanaşı, İstanbul boğazında gəmilərin keçidinə qadağa qoyulub.

Məlumata görə, hava limanlarında bəzi uçuşlar ləğv edilib.

Bildirilib ki, qar həftənin sonuna qədər davam edəcək.

Lamiyə Əhmədli
MİA.AZ