Türkiyə Ordusu İraqın şimalında yerləşən daha iki bölgədə PKK terrorçularına sarsıdıcı zərbə endirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada deyilir ki, terror hədəfləri dəqiq zərbələrlə vurulur: "Terrorçu hədəflərə sərt zərbələr endirməyə davam edəcəyik. Türkiyə Silahlı Qüvvələrimiz terrorçulara möhlət vermir. Bu gün İraqın şimalında yerləşən Qara və Hakurk bölgələrində aşkarlanan 9 PKK terrorçusu zərərsizləşdirilib...".
Firudun Səfərli
MİA.AZ