İstanbulda yağan qar davam edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsinin Hava Proqnozları Mütəxəssisi Abdullah Macit açıqlama verib.

O bildirib ki, bu gün İstanbulda sulu qar və yağış yağacaq: "Sabahdan etibarən isə İstanbulda qar yağacaq və bunun 4 gün fasilələrlə davam edəcəyini gözləyirik. Cümə və şənbə günü qarın daha sıx olacağını proqnozlaşdırırıq".

Firudun Səfərli
MİA.AZ