Ukrayna prezidenti Vladimir Zelenski bir az əvvəl Ankaraya gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zelenski və nümayəndə heyətini daşıyan təyyarə Bakı vaxtilə saat 22:08-də Ankara Esenboğa hava limanına enib.
Məlumata görə, Ukrayna prezidenti Zelenski hava limanında rəsmi şəxslər tərəfindən qarşılanıb.
Zelenskinin sabah Ankaradakı Prezident Kompleksində prezident Rəcəb Tayyib Ərdoğanla görüşü olacaq.
Firudin Səfərli
MİA.AZ