"Sabah üç israilli girovu azad edəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı HƏMAS yayıb.

Qruplaşmadan bildirilib ki, azad ediləcək girovlar arasında ABŞ və İsrail vətəndaşı Sagui Dekel-Chen, Rusiya və İsrail vətəndaşı Aleksandr Saşa Troufanov da olacaq.

Xatırladaq ki, HƏMAS İsrailin atəşkəs razılaşmasının tələblərini pozmasını əsas gətirərək, girov mübadiləsini dayandırdığını elan etmişdi. Buna qarşılıq olaraq Tramp HƏMAS-a şənbə günü saat 12-dək vaxt qoyaraq hədələmişdi: "Əgər buraxmasınız, əsl qiyamət qopacaq"

Tahir Şəlvəli
MİA.AZ