Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.
Qeyd edək ki, bu təyinata qədər Rüfət Mahmud SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.