Prezident Rəcəb Tayyib Ərdoğan Asiya turnesi çərçivəsində Pakistana gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanı İslamabaddakı Nur Xan Hərbi Hava Bazasında Pakistan prezidenti Asif Əli Zərdari, Pakistanın baş naziri Şahbaz Şərif, Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, Pakistanın müdafiə naziri Xavaca Asif, Pakistan prezidenti Zərdarinin qızı Asifa Bhutto Zərdari və digər rəsmi şəxslər qarşılayıblar.
Məlumata görə, səfərdə Ərdoğanı və xanımı Əminə Ərdoğanı Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Milli Müdafiə Naziri Yaşar Gülər, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, Ticarət Şurasının sədri İbrahim Ömerensə, Ticarət Şurasının sədri İbrahim Ömerensə, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət ediblər.
Məlimata görə, ikitərəfli və çoxtərəli görüşlərdən sonra Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yeddinci Toplantısına qatılacaq.
Daha sonra isə tərəflər arasında çoxsaylı yeni sənədlər imzalanacaq.
Firudin Səfərli
MİA.AZ