Builki Türkiyə Xarici Tələbə Qəbulu İmtahanın vaxtı elan olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ali Təhsil Şurası (YÖK) açıqlama yayıb.

Bildirilib ki, Türkiyədəki universitetlərə daha savadlı xarici tələbə gətirmək məqsədi ilə təşkil edilən 2025 TR-YÖS/1 imtahanları 60 ölkədə və 88 mərkəzdə keçiriləcək: "İmtahanlar mayın 11-də keçiriləcək. İmtahanda iştirak üçün ərizələrin qəbulu sabahdan başlayacaq və martın 12-dək ÖSYM-nin internet saytı vasitəsilə davam edəcək".

Məlumatda deyilir ki, builki TR-YÖS/1 imtahanları 6 dildə keçiriləcək: türk, ingilis, alman, fransız, ərəb və rus.

Firudun Səfərli
MİA.AZ