Xalq artisti Gülyaz Məmmədova açıqlaması ilə diqqət çəkib.

Mia.az-ın məlumatına görə, "El canlı" proqramında qonaq olan sənətçi izləyicilərin suallarını cavablandırıb.

O, bir tamaşaçının "Kəndinə qayıdarmı" sualına bu cavabı verib:

"Güclə Bakıya gəlib çıxmışam. Kəndə necə qayıdım? Tütünün, baramanın içindən qaçmışam. Ay kəndimin camaatı, bağışlayın məni gələ bilmərəm.  O günlər üçün çox darıxıram. İnsan uşaqlığını çox axtarır. Gəncliyinizin qədrini bilin, gözəl cavanlar. "Kolxoz" dövrü idi , çıxdı getdi. Toxa döyürdülər, mən əlimi qulağıma qoyub mahnı oxuyurdum, hamı mənə baxırdı. Evə də gedəndə məni söyürdülər ki, mahnı oxudun sənə baxdıq, başımız qarışırdı"(olay)

MİA.AZ