Bu gündən etibarən Azərbaycanda yeni media quruluşu - “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.
Mia.az xəbər verir ki, “Teleqraf” Media Qrupuna daxil olan agentlik “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb.
Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir, bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək.
Agentliyin baş direktoru İmdad Əlizadədir.