Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni paket əsasən alüminium və bu kimi qiymətli metalların idxalının qadağasına hesablanacaq:
"Aİ əvvəllər məftil, boru və folqa şəklində alüminium idxalını qadağan etmişdi, lakin ilkin alüminium idxalı davam etdirdi. İndisə bu, tam şəkildə "qara siyahı"ya salınacaq. Bundan əlavə, Aİ-yə üzv olan 10 ölkə Rusiyadan qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalını ən qısa zamanda tamamilə kəsəcək. Çünki Çexiya, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa, Rumıniya və İsveç Rusiyadan Avropaya yanacaq ixracının qarşısını almağı və Rusiya LNG tankerlərinin limanlara daxil olmasını qadağan etməyi tələb edirlər. Qeyd edək ki, Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa qoyan Aİ hələ də Rusiya qazına qarşı məhdudlaşdırıcı tədbirlər görməyib. 16-cı sanksiya paketi çərçivəsində müzakirə edilən tədbirlər arasında Rusiya neftini daşıyan bütün gəmilərə məhdudiyyətlərin qoyulması və SWIFT beynəlxalq ödəniş sisteminə bəzi məhdudiyyətlərin qoyulması da var. Bir sözlə, Moskvaya qarşı daha böyük cəza tədbiri qapını döyür".
Xatırladaq ki, sanksiyaların təsdiqi üçün Aİ ölkələrinin yekdil qərarı mütləqdir.
Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 15 sanksiya paketi tətbiq edib.
Zülfiyyə Mustafayeva
MİA.AZ