Milli Məclisin sabiq deputatı Vahid Əhmədov səhhətində yaranan hansısa problemlə bağlı əməliyyat olunmadığını bildirib.
Mia.az-ın məlumatına görə, bunu Teleqraf.com-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov deyib.
“Heç bir əməliyyat keçirməmişəm. Hazırda xaricdəyəm, səhhətim də normaldır”, - deyə əlavə edib.
Qeyd edək ki, 2 aprel 1947-ci ildə Qubada anadan olan Vahid Əhmədov 1992-1994-cü illərdə baş nazirin birinci müavini, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.
Vahid Əhmədov: "Hazırda xaricdəyəm, səhhətim də normaldır"
DİGƏR XƏBƏRLƏR
2025-12-26 22:05
2025-12-26 17:17
2025-12-26 15:54
2025-12-26 15:12