"Bölgədə sabitliyi təmin etmək üçün Suriyaya enerji tədarükümüzü artıracağıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 15-ci Baş Assambleyasında çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyənin enerji tələbatı son 20 ildə demək olar ki, üç dəfə artıb və bu artım gələcək 20 ildə də davam edəcək: "Yenilənə bilən enerji bu problemlərin hamısını həll edə bilər. Ona görə də biz əsas olaraq günəş və külək işini inkişaf etdirdik. Həmçinin geotermal və biokütlə enerjimiz var. Son 15-20 ildə bərpa olunan enerji gücümüz təxminən 32 gigavata çatdı. Bu gün evlərimizdə istifadə etdiyimiz elektrik enerjisinin hamısı yalnız günəş və külək enerjisi hesabına təmin edilir. Biz 2035-ci ilə qədər təkcə günəş və külək enerjisi üzrə gücümüzü 120 gigavata çatdırmağı hədəfləyirik. Biz bərpa olunan enerji gücümüzü dörd dəfə artıracağıq. Buna nail olmaq üçün bizə təxminən 80 milyard dollar investisiya lazımdır".

Lamiyə Əhmədli

MİA.AZ