Yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilən Samir Şərifov tutduğu daha bir postu itirəcək.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri vəzifəsindən azad ediləcək.

O, bu vəzifəni 2021-ci ildən tutur.

Qeyd edək ki, Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib.