Rəsmi Moskva: "Vladimir Putin Trampa görüşə hazırdır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

O, Trampın Floridada qubernatorlarla görüşdən sonra Putin onunla görüşmək istəməsi barədə suala cavabda bildirib ki, belə bir görüş vacibdir: "Tramp yanvarın 20-də səlahiyyətinin icrasına başlayacaq. Əlbəttə, bundan sonra iki ölkə liderinin görüşü gözlənilir. Görüş üçün də hər hansı bir şərt yoxdur. Düzdür, görüşlə bağlı dəqiqləşmiş məlumat yoxdur. Lakin siqnallar alırıq".

Xatırladaq ki, ABŞ prezidenti Ukrayna ilə savaşı bitirək üçün bu görüşü vacib sayıb və əlavə edib ki, artıq görüşlə bağlı təşkilati hazırlıq başlayıb. Lakin o, görüşün nə vaxt olacağını deməyib.

Lamiyə Əhmədli
MİA.AZ