"Türkiyənin ümidi olan Qabar neft yatağında gündəlik hasilatımız iki dəfə artıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "CNN Türk" TV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, vaxtytilə PKKnın terror əsdirdiyi Qabarda artıq günlük hasilat 75 min bareli aşıb: "İllik hasilatın dəyəri 2 milyard dollara çatıb. Deyim ki, Qabar nefti Türkiyənin dünya standartlarında keyfiyyətli neftdir. Orada 2016-cı ildə günlük 35-36 min barel neft çıxırdı. İndisə 75 min barel hasil edirik. Türkiyənin qalan neft yataqlarında isə günlük hasilat 40-50 min bareldir. Hesab edirəm, bu il Qabarda hasilat 100 min barelə çatacaq. Paralel olaraq, axtarış fəaliyyətlərimiz davam edəcək".
Nazirin sözlərinə görə, Türkiyənin hər gün 140 milyon kubmetr təbii qaza, 1 milyon bareldən çox neftə ehtiyacı var.
Lamiyə Əhmədli
MİA.AZ