Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirilmə tələbinə yumorla cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə brifinqində danışan Şeynbaum Trampın “Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirəcəyi” barədə bəyanatını qəbuledilməz sayıb.: "Meksika Körfəzi adı 1607-ci ildən beynəlxalq səviyyədə tanınır. Mən 1607-ci ilə aid köhnə xəritəyə diqqətlə baxmanızı istəyirəm. Meksika körfəzi BMT tərəfindən rəsmi ad kimi tanınır. Cənab Trampın məntiqinə qalsaq, onda niyə Şimali Amerikaya "Meksika Amerikası" demirik? Yaxşı səslənir, elə deyil: Gəlin, orada belə ad qoyaq"
Trampın Meksikanı hədəf alan açıqlamalarına toxunan Şeynbaum deyib ki, onu indidən yalan informasiyalarla "zənginləşdirənlər" var: "Pezident Trampa yanlış məlumat verilir. Meksikanı burada xalq idarə olunur və biz burada demokratiyanı gücləndirməyə davam edirik".
Zülfiyyə Mustafayeva
MİA.AZ