ABŞ-ın Kaliforniya ştatında başlayan güclü yanğın 5 nəfərin yanaraq ölməsinə səbəıb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanğın və onun söndürülməsində iştirak edən onlarla insan isə müxtəlif xəsarətlər alıblar.
Məlumatda deyilir ki, insan tələfatı ilə yanaşı, infrastruktura da böyük zərər dəyib: "İlkin məlumata görə, güclü külək səbəbindən sürətlə yayılan meşə yanğınlarının vurduğu zərər 52-57 milyard dollar arasındadır. Bu, "AccuWeather" şirkətinin ilkin hesabatında yer alıb"
Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində çərşənbə axşamı meşə yanğınları başlayıb: "Hadisə günü Sakit Okean Palisades bölgəsində təxminən 3,000 akr ərazi kül olub, əhali sürətlə köçürülüb"
Kaliforniya qubernatoru Gavin Nevsom Los-Ancelesdə "fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.
Firudin Səfərli
MİA.AZ